Danimarka 4 yeni F-35 döyüş təyyarəsini təhvil alıb

2025/05/1747388821.jpg
Oxunub: 540     15:20     17 May 2025    
Danimarka Hərbi Hava Qüvvələri “Skrydstrup” aviabazasına dörd yeni F-35A döyüş təyyarəsinin gəlməsi ilə müdafiə qabiliyyətində əhəmiyyətli bir addım atıb.

Ordu.az xəbər verir ki, təyyarə “Lockheed Martin”in Texasdakı fabriklərindən yola düşərək, planlaşdırıldığı kimi Azor adaları üzərindən çatdırılma uçuşunu uğurla həyata keçirib.

Bu tədarüklər, bir il əvvəl yaşanan qeyri-müəyyənliklərdən sonra F-35 proqramının yenidən qaydasına düşdüyünə işarə hesab edilir. Ötən il “Technology Refresh 3” (TR-3) yeniləməsi ilə bağlı çətinliklər səbəbindən layihədə mümkün gecikmələrlə bağlı narahatlıqlar var idi.

Danimarka Hava Komandanlığının rəisi general-mayor Yan Dam təhvil-təslimdən məmnunluğunu ifadə edərək deyib: “Ötən gün daha 4 təyyarənin alınması ilə biz F-35 döyüş təyyarəsinin döyüş qabiliyyətinin yaradılması istiqamətində daha bir addım atdıq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   F-35  


Bizi "telegram"da izləyin