Ordu.az xəbər verir ki, bu barədə “The War Zone” məlumat yayıb.
F-35-in ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ), Hərbi Dəniz Qüvvələrinə (HDQ), yoxsa Dəniz Piyadaları Korpusuna aid olduğu ilə bağlı məlumat yoxdur.
Bu ilin mart ayında ABŞ HHQ-nin “Hill” aviabazasındakı F-35A parkı Yaxın Şərqə yerləşdirilib.
Husilərin əlində olan köhnə nəsil “yer-hava” raketlərinin F-35-lərə, daha əvvəl isə F-16-lara kilidlənə bilməsi yeni müzakirələrə səbəb olub.
Husilər müxtəlif yerlərə yerləşdirilmiş mobil raket sistemləri ilə ABŞ-nin əməliyyatlarını dayandırmağı hədəfləyirlər. Bu raketlər əsasən qeyri-ənənəvi passiv infraqırmızı sensorlarla təchiz olunub.
Bölgədə olan ABŞ HDQ-nin aviadaşıyıcı gəmisi “Carl Vinson”da da F-35C təyyarələri var. Məlum olduğu kimi, “Harri S. Truman” da müxtəlif qəzalarda 2 ədəd “F/A-18 Super Hornet” təyyarəsini itirib.
Husilər əsasən İrandan aldıqları hava hücumundan müdafiə sistemləri ilə başda ABŞ olmaqla, çoxlu sayda MQ-9 tipli pilotsuz uçuş aparatını vurublar.
Sevinc Əliyeva
Ordu.az