“Sarsılmaz” FEINDEF 2025 Müdafiə Sərgisində öz məhsullarını nümayiş etdirib

2025/05/1747465893.jpg
Oxunub: 531     14:19     17 May 2025    
Dünyanın aparıcı silah istehsalçılarından biri olan “Sarsılmaz” İspaniyanın paytaxtı Madriddə keçirilən FEINDEF 2025 Müdafiə Sərgisində öz məhsullarını nümayiş etdirib.

Ordu.az xəbər verir ki, şirkət yerli istehsal tapançalarından piyada tüfənglərinə, pulemyotlardan mülki istifadə üçün hazırlanmış ov tüfənglərinə qədər geniş çeşiddə məhsulları ilə qatıldığı sərgidə böyük maraq görüb.

“Sarsılmaz” sərgidə quruda, havada və dənizdə istifadə oluna bilən SAR 127 MT və SAR 762 MT pulemyotlarını təqdim edib.

Bu silahlar yüksək atəş gücü və davamlılığı ilə diqqəti cəlb edərkən, SAR 556 MT yüngül quruluşu və tez dəyişdirilə bilən lülə rejimi ilə də diqqət çəkib.

Bundan əlavə, şəhər əməliyyatları üçün xüsusi olaraq hazırlanmış SAR 109T yüngül pulemyotu şirkətin ən çox bəyənilən məhsullarından birinə çevrilib.

“Sarsılmaz” həm mülki, həm də hərbi istifadəçilər üçün müxtəlif məhsullar sərgiləyib.

SAR9 GEN3 model tapança erqonomik dizaynı və performansı ilə seçilərkən, SAR 7/24 seriyası davamlılığı və müasir mühəndisliyi birləşdirən dizaynı ilə diqqət çəkib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarsılmaz   FEINDEF-2025  


Bizi "telegram"da izləyin