STM-nin kamikadze PUA-sı “KarguFPV” ilk sınaq buraxılışında hədəfini dəqiqliklə vurub

2025/05/1747463179.jpg
Oxunub: 550     12:29     17 May 2025    
Türkiyənin müdafiə sənayesinin aparıcı şirkətlərindən biri olan STM tərəfindən hazırlanan “KarguFPV” kamikadze tipli Pilotsuz Uçuş Aparatı (PUA) ilk sınaq buraxılışında hədəfini dəqiqliklə vurub.

Ordu.az xəbər verir ki, müasir döyüş meydanında getdikcə təsirli olan FPV tipli PUA texnologiyasına yerli və milli həll təklif etməyi hədəfləyən STM daha öncə “Kargu”, “Togan” və “Boyga” kimi taktiki mini PUA sistemləri ilə göstərdiyi uğuru yeni nəsil kamikadze PUA-sı ilə taclandırıb.

STM baş direktoru Özgür Güleryüz yeni sistemin Türkiyə təhlükəsizlik qüvvələrinə əhəmiyyətli çəkindiricilik təmin edəcəyini bildirib.

“İndi biz FPV tipli kamikadze PUA-sı ailəmizlə döyüş meydanında milli və innovativ həll təklif edirik. Əməliyyat ehtiyacları üçün inkişaf etdirdiyimiz ailəmizin ilk üzvünü qabaqcıl hərbi təhlükəsizlik qoruyucusu və radioelektron mübarizədən təsirlənmədən işləmək qabiliyyəti ilə təchiz etmişik. FPV-yə STM-in avtonomluq və süni zəka dəstəkli görüntü işləmə, dəqiq zərbə imkanlarını əlavə edirik. Analoqlarından fərqli olaraq, irəli sürdüyümüz məhsul görüntü işləmə dəstəkli avtonom terminal dalış qabiliyyəti ilə hədəfi işarələyə və dəqiq zərbə vura bilir”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: STM   PUA   KarguFPV  


Bizi "telegram"da izləyin