Kreml: Ukraynanın mövqeyi müharibəni davam etdirmək məqsədi daşıyır

2025/02/1739529720.jpg
Oxunub: 433     15:02     06 May 2025    
Ukrayna hakimiyyəti hərbi əməliyyatları davam etdirmək niyyətindədir və Rusiyada dinc hədəflərə gecə saatlarında PUA basqınına cəhd yalnız bunu təsdiqləyir.

Ordu.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti öz yanaşmasını, mövqeyini nümayiş etdirməkdə davam edir:

"Bu mövqe müharibəni davam etdirmək məqsədi daşıyır. Kiyev rejimi mülki infrastruktura zərbələr endirmək cəhdlərini davam etdirir”, - Kremlin sözçüsü vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Ukrayna  


Bizi "telegram"da izləyin