Pakistanın səfiri: "Dünya ictimaiyyətinin Hindistanın təhlükəli müharibə təbliğatına qarşı birləşməsi vacibdir"

2024/12/1735195098.jpg
Oxunub: 510     14:50     06 May 2025    
Dünya ictimaiyyətinin Hindistanın təhlükəli müharibə təbliğatına qarşı birləşməsi vacibdir.

Ordu.az xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin "X"də yazıb.

"Biz sülh uğrunda çıxış edən bütün səsləri qiymətləndirir və alqışlayırıq. Dünya ictimaiyyətinin Hindistanın təhlükəli müharibə təbliğatını və qanunsuz işğal etdiyi Cammu və Kəşmirdə mülki şəxslərə qarşı davam edən vəhşilikləri pisləməkdə birləşməsi vacibdir", - deyə diplomat qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Hindistan  


Bizi "telegram"da izləyin