BMT TŞ Pakistan və Hindistanı hərbi münaqişələrdən çəkinməyə çağırıb

2025/03/16920-1741583322.jpg
Oxunub: 500     13:51     06 May 2025    
BMT Təhlükəsizlik Şurası Pakistan və Hindistanı hərbi münaqişələrdən çəkinməyə və danışıqlar aparmağa çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər Pakistan XİN-dəki mənbəyə istinadən məlumat yayıb.

"Onlar gərginliyi azaltmaq və hərbi qarşıdurmadan qaçmaq, məsələni sülh yolu ilə həll etmək üçün dialoq və diplomatiyaya çağırıblar", - o qeyd edib.

Bazar ertəsi BMT-nin Nyu-Yorkdakı qərargahında bu məsələnin müzakirəsinə həsr olunmuş qapalı iclas keçirilib. BMT-nin baş katibi Antonio Quterriş tərəflərin hərbi qarşıdurmadan çəkinməsinin vacibliyini vurğulayıb.

Hazırda Pakistan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür, Hindistan isə bu quruma daxil olmasa da, digər üzvlərlə danışıqlar aparır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT     Pakistan   Hindistan  


Bizi "telegram"da izləyin