Nyu-Yorkda Fələstin tərəfdarları etiraz aksiyası keçiriblər

2025/05/1746516782.jpg
Oxunub: 422     11:28     06 May 2025    
Fələstinin tərəfdarları Nyu Yorkda etiraz aksiyası keçiriblər.

Ordu.az xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.

Etirazçılar Metropolitan Muzeyinin Kostyum İnstitutunun “Met Gala” balının keçirildiyi yerə yaxın toplaşıb, quraşdırılmış maneələri aşıb, həmçinin İsraili dəstəkləyənlərlə mübahisə ediblər. Nyu-York polisi isə bildirib ki, saxlanılanlar olmayıb.

Britaniya nəşri “Metro” qeyd edib ki, etirazlar zamanı polis ilə toqquşmalar baş verib, polis bəzi fəalları ərazidən çıxarıb.

“Met Gala” balı hər il mayın ilk bazar ertəsi günü keçirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nyu-York   Fələstin   Etiraz  


Bizi "telegram"da izləyin