Kanadanı ABŞ-yə birləşdirmək planı ərazi genişləndirilməsi ilə bağlı deyil - Tramp

2025/04/1745820581.jpg
Oxunub: 400     09:13     06 May 2025    
ABŞ prezidenti Donald Tramp bildirib ki, onun Kanadanı ABŞ-yə birləşdirmək təklifi ölkəni ərazisinə görə dünyanın ən böyük ölkəsi etmək üçün deyil.

Ordu.az-ın məlumatına görə, bu barədə "The Globe & Mail" portalı xəbər verib.

"Xeyr, mən heç vaxt belə düşünməmişəm. Baxmayaraq ki, mən daşınmaz əmlak istehsalçısıyam. Mən əvvəllər belə bir sual eşitməmişdim", - deyə o bildirib.

Qeyd edək ki, ABŞ-nin sahəsi 9,83 milyon kvadrat kilometrdir. Kanadanın sahəsi isə 9,98 milyon kvadrat kilometr təşkil edir. Beləliklə, Kanada ilə birlikdə ABŞ sahəsi 19,81 milyon kvadratmetr ola bilərdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   ABŞ  


Bizi "telegram"da izləyin