Ordu.az-ın məlumatına görə, Merts gözlənildiyi kimi lazım olan səsləri alsa, yeni koalisiya hökuməti yaradılacaq.
Mertsin namizədliyi aprel ayında XDİ/XSİ və Almaniya Sosial Demokrat Partiyasının daxil olduğu yeni “qara-qırmızı” hakim koalisiyanın yaradılmasından sonra irəli sürülüb.
Almaniyanın əsas qanununa görə, kansler vəzifəsinə namizədi Almaniyanın federal prezidenti irəli sürür, bundan sonra Bundestaq üzvlərinin mütləq əksəriyyətinin dəstəyi tələb olunur.
Ordu.az