Tramp mübadilə çərçivəsində ABŞ-yə verilən Kseniya Karelina ilə görüşüb

2025/05/1746509096.jpg
Oxunub: 3800     08:56     06 May 2025    
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə dövlətlərarası mübadilə çərçivəsində sərbəst buraxılan balerina Kseniya Karelina ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Prezidentin xüsusi köməkçisi Marqot Martin “X” sosial şəbəkəsindəki hesabında yazıb.

"Tramp Rusiya həbsxanasından azad edilmiş amerikalı balerina Kseniya Karelina ilə görüşüb", - o qeyd edib.

Martin Trampın Karelina ilə görüşünün videogörüntülərini də yayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin