Fransada təhlükəli cinayətkar səhvən həbsxanadan buraxılıb

2025/05/1746508764.jpg
Oxunub: 460     07:52     06 May 2025    
Fransada bir həftəyə yaxındır, həbsxanadan səhvən buraxılan cinayətkar axtarılır.

Ordu.az-ın xəbərinə görə, bu barədə "Fiqaro" qəzeti Bordo şəhər Prokurorluğuna (Fransanın cənub-qərbində yerləşən liman şəhəri - red.) istinadən yazıb.

Məlumata görə, xüsusilə təhlükəli zorakılıq cinayətinə görə 11 il cəza çəkən 25 yaşlı gənc Fransadan Mərakeşə deportasiya edilməli olan digər məhbusun əvəzinə Qradinyan kommunası həbsxanasından azad edilib. Həbsxana rəhbərliyi məhbusların oxşar adlarını qarışdırıb.

Hazırda hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma aparır. Cinayətkar axtarışa verilib və onun barəsində Avropa İttifaqının bütün ölkələrində qüvvədə olan həbs qərarı verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Cinayətkar  


Bizi "telegram"da izləyin