Moskva istiqamətində uçan 19 Ukrayna PUA-sı vurulub - YENİLƏNİB

2025/05/1746508197.jpg
Oxunub: 541     03:30     06 May 2025    
Rusiya hava hücumundan müdafiə qüvvələri Moskva istiqamətində uçan daha 10 pilotsuz uçuş aparatını məhv edib.

Ordu.az xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin bildirib.

Qeyd edək ki, Moskva meri bundan öncə Rusiya paytaxtı istiqamətində uçan 9 Ukrayna PUA-sının vurulduğunu açıqlamışdı.

***

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Moskva istiqamətində uçan daha dörd pilotsuz uçuş aparatını məhv edib.

Ordu.az xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin bildirib.

Qeyd edək ki, Moskva meri Rusiya paytaxtı istiqamətində uçan 5 Ukrayna PUA-sının vurulduğunu açıqlamışdı.

***

Rusiya paytaxtına PUA hücumu olub.

Ordu.az xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri Moskva istiqamətində uçan beş pilotsuz uçuş aparatının hücumunu dəf edib.

Mer Ukrayna PUA-larının düşdüyü yerdə təcili xidmətlərin işlədiyini bildirib.

Rosaviasiya PUA hücumu ilə əlaqdar Moskvanın Vnukovo, Domodedovo və Jukovski hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Ukrayna   PUA  


Bizi "telegram"da izləyin