Pakistanın BMT-dəki səfiri: Ölkəmiz suverenliyini müdafiə etməyə hazırdır

2025/05/1746507907.jpg
Oxunub: 4984     01:59     06 May 2025    
Pakistan Hindistanla gərginliyin artması fonunda öz müstəqilliyini qorumağa hazırdır.

Ordu.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhməd deyib.

"Vurğulayıram: Pakistan eskalasiyaya can atmır. Bu, siyasi rəhbərliyimizin bütün səviyyələrdə aydın mövqeyidir. Eyni zamanda, biz suverenliyimizi və ərazi bütövlüyümüzü müdafiə etməyə tam hazırıq", - diplomat bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   BMT  


Bizi "telegram"da izləyin