Pakistanın BMT-dəki nümayəndəsi: Hindistanla ciddi gərginlik riski var

2025/05/1746507546.jpg
Oxunub: 360     23:53     05 May 2025    
Hindistan və Pakistan arasında gərginliyin artması riski var.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistanın BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhməd bildirib.

"Vəziyyət çox gərgindir. Hindistan və Pakistan arasında ciddi eskalasiya riski var", - diplomat deyib.

Onun fikrincə, yaranan vəziyyətə görə Yeni Dehli məsuliyyət daşıyır. O, həmçinin vurğulayıb ki, beynəlxalq təşkilatlar heç kimin maraqlarına uyğun gəlməyən münaqişədən qaçmaq üçün səy göstərməlidirlər.

Xatırladaq ki, mayın 4-də Pakistan Hindistanla gərginliyin artması fonunda BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasının keçirilməsini xahiş etmişdi. İclasın tarixi hələlik məlum deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   BMT   Hindistan  


Bizi "telegram"da izləyin