Rəsmi Moskva Kiyev və Vaşinqton arasında faydalı qazıntılar üzrə sazişin məzmunu ilə tanış deyil

2025/04/1745596430.jpg
Oxunub: 383     14:10     05 May 2025    
Kreml Kiyev və Vaşinqton arasında faydalı qazıntılar üzrə sazişin məzmunu ilə tanış deyil.

Ordu.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, rəsmi Moskvanın məlum sazişlə məşğul olmadığını və buna görə də bu barədə şərh verə bilməyəcəyini söyləyib.

"Biz sazişin özünü təhlil etməliyik. Mən mətnlə tanış deyiləm. Təfərrüatlara varmadan, bu sazişi şərh etmək mümkün deyil. Orada nədən söhbət getdiyi hələ tam aydın deyil", -Kreml sözçüsü vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Kiyev   Vaşinqton  


Bizi "telegram"da izləyin