Ordu.az xəbər verir ki, Görgün jurnalist Taha Hüseyn Karagözə müsahibəsində Türkiyənin Avropa ilə müqayisədə ciddi demoqrafik üstünlüyə malik olduğunu bildirib.
"Mühəndis və texniki işçilərimizin orta yaşı 33-34 arasındadır. Avropada bu rəqəm 50-dir", - deyə Türkiyə MSK sədri qeyd edib.
Görgün vurğulayıb ki, gənc mühəndis və texniki işçilərin məhsuldarlıq potensialı Türkiyəni təkcə bu günün deyil, həm də gələcəyin texnologiya mərkəzlərindən birinə çevirəcək.
"Bu insanların hələ çox illəri var. Avropada orta hesabla 50 yaşlı mühəndisin 10 illik məhsuldarlığı qalırsa, bizdə söhbət 25 illik potensialdan gedir", - deyə o bildirib.
Sevinc Əliyeva
Ordu.az