“Vens və Rubionu potensial varislərim kimi görürəm” - Tramp

2025/05/1746292048.jpg
Oxunub: 556     19:55     04 May 2025    
ABŞ prezidenti Donald Tramp vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubionun özünün mümkün varisləri ola biləcəyini bildirib.

Ordu.az xəbər verir ki, o bu barədə NBC News telekanalına verdiyi müsahibədə bildirib.

"Bu barədə danışmaq hələ tezdir, amma mənim vitse-prezidentim var. Cey Di Vens fantastik iş görür", – deyə Tramp bildirib. O, eyni zamanda əlavə edib: “Marko Rubio əla biridir.”

Tramp onu da qeyd edib ki, Respublikaçılar Partiyasında liderlik üçün potensialı olan yaxşı insanlar var: “Onların hər biri partiyanın lideri və ölkənin növbəti prezidenti ola bilər.”

Qeyd edək ki, Tramp daha əvvəl ABŞ prezidentliyinə üçüncü dəfə namizəd olmayacağını və 2028-ci ildə hakimiyyəti “ideal olaraq möhtəşəm bir respublikaçıya” təhvil verəcəyini açıqlamışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Vens   Rubio  


Bizi "telegram"da izləyin