Zelenski Avstraliyanın Baş nazirini Ukraynaya dəvət edib

2025/05/1746370723.jpg
Oxunub: 537     18:26     04 May 2025    
Ukrayna Prezidenti Volodimir Zelenski Avstraliyanın Baş naziri Entoni Albaneze ilə telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna lideri sosial şəbəkədə bildirib.

“Onu seçkilərdə inandırıcı qələbəsi münasibətilə təbrik və Ukraynaya dəstəyin diqqət mərkəzində qaldığı üçün təşəkkür etdim. Kiyev Avstraliyanın İstəklilər koalisiyasındakı roluna dəyər verir, həmçinin ədalətli və davamlı sülhə nail olmaq üçün bütün tərəfdaşlarımızın birliyinə ehtiyac duyur”, – paylaşımda deyilib.

Zelenski görüş zamanı hava hücumundan müdafiənin gücləndirilməsinin Ukraynanı və onun sakinlərini qorumaq üçün əsas prioritet olaraq qaldığını vurğulayıb: “Tərəfdaşlarımızın dəstəyinə ümid edirik. Biz həmçinin Ukraynanın təhlükəsizlik və müdafiə sahəsində imkanlarının daha da gücləndirilməsi yollarını müzakirə etdik".

Öz növbəsində, Albaneze Avstraliyanın Ukrayna xalqına dəstəyinin davamlılığını və Ukrayna üçün ədalətli və davamlı sülhə sadiqliyini qeyd edib.

Zelenski Baş nazir Albanezeni Ukraynaya səfərə dəvət edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Avstraliya  


Bizi "telegram"da izləyin