Hindistanla gərginlik fonunda Pakistan sərhəd yaxınlığında hərbi təlimlər keçirir

2025/05/1746280181.jpg
Oxunub: 462     10:58     06 May 2025    
Hindistanla gərginliyin artmaqda davam etdiyi bir vaxtda Pakistan sərhəd yaxınlığında hərbi təlimlər keçirir.

Ordu.az xəbər verir ki, Pakistan və Hindistan arasında gərginliyin artmaqda davam etdiyi bir vaxtda, Pakistan ordusu mayın 1-də Azad Kəşmirdə müasir hərbi imkanlarını nümayiş etdirərək və strateji müharibə planına uyğun olaraq döyüş sursatlarından istifadə edərək, tammiqyaslı təlimlərini davam etdirib.

Təlimlərdə həm zabitlərin, həm də əsgərlərin peşəkar bacarıqlarını maksimum dərəcədə nümayiş etdirdiklərini bildirən ordu mənbələri təlimlərin məqsədinin düşmənin istənilən hücumuna möhkəm və sarsıdıcı cavab vermək olduğunu qeyd ediblər.

Pakistanda yerləşən “Geo News”un verdiyi məlumata görə, təlim Pakistan qüvvələrinin Kiani və Mandal bölgələrindəki Nəzarət Xəttindən (LoC) açılan atəşə cavab olaraq Hindistan nəzarət-buraxılış məntəqəsini məhv etməsindən bir gün sonra baş tutub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Pakistan  


Bizi "telegram"da izləyin