ABŞ hərbi gəmilərinin Panama kanalı vasitəsilə sərbəst keçidi ilə bağlı bəyannamə imzalanacaq

2025/04/1744260780.jpg
Oxunub: 9917     23:22     09 Aprel 2025    
ABŞ hərbi gəmilərinin Panama kanalı vasitəsilə sərbəst keçidi ilə bağlı bəyannamə imzalanacaq.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset deyib.

"Biz Panama kanalının təhlükəsizliyini təmin edirik və Çinin təsirinə qarşı mübarizə aparırıq. Panama kanalı Çin tərəfindən deyil, ABŞ tərəfindən qorunmalı olan əsas ərazidir", - Heqset bildirib.

Onun sözlərinə görə, ABŞ və Panama arasında imzalanacaq bəyannamə kanalın təhlükəsizliyi və istismarı ilə bağlıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Panama  


Bizi "telegram"da izləyin