Ordu.az-ın xəbərinə görə, bunu Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatda bildirib.
Almaniya Prezidenti deyib ki, qarşılıqlı inam tədricən qurulmalıdır. Almaniya və Fransa arasında çoxsaylı müharibələrdən danışan Frank-Valter Ştaynmayer bu gün iki xalqın keçmişi geridə qoyduğunu, dost xalqlar olduğunu qeyd edib: “Cənubi Qafqazda da sülh şəraitində yaşanılması üçün səylər göstərilməli, işlər görülməlidir”.
Ordu.az