Argentina “faşist materiallarını” ictimailəşdirəcək

2025/03/1742915034.jpg
Oxunub: 526     19:01     25 Mart 2025    
Argentina hökuməti İkinci Dünya müharibəsində Almaniyanın məğlubiyyətindən sonra Latın Amerikası ölkəsində sığınacaq almış nasist qaçqınlarla bağlı sənədlərin məxfiliyini ləğv etməyi və materialları ictimailəşdirməyi planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ölkənin prezident administrasiyasının rəhbəri Gilyermo Frankos bildirib.

Onun sözlərinə görə, Argentinanın dövlət başçısı ötən ay amerikalı senator Stiv Deynizlə keçirdiyi görüşdən sonra belə bir qərara gəlib.

Frankos qeyd edib ki, ölkənin prezidenti o vaxtki Argentina hökumətinin himayədarlığı ilə bağlı məlumatların məxfi saxlanılması üçün heç bir əsasın olmadığını hesab edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Argentina   Almaniya  


Bizi "telegram"da izləyin