İran hələ Trampın Xameneiyə məktubuna cavab verməyib

2025/02/67bdc-1740490192.jpg
Oxunub: 451     15:41     25 Mart 2025    
İran ABŞ Prezidenti Donald Trampın məktubuna cavab verməyib.

Ordu.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi İrəvanda erməni həmkarı Ararat Mirzoyan ilə birgə mətbuat konfransında deyib.

“Biz hələ ABŞ prezidentinin məktubuna cavab verməmişik. Cavabımız yekunlaşmaq üzrədir və vaxtında göndəriləcək”, - Araqçi vurğulayıb.

O əlavə edib ki, İran maksimum təzyiq və hərbi təhdidlər, artan iqtisadi sanksiyalar altında ABŞ ilə birbaşa danışıqlar aparmayacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin