Ər-Riyadda ABŞ və Ukrayna arasında danışıqların yeni mərhələsi başlayıb

2025/03/1741684050.jpg
Oxunub: 605     13:45     25 Mart 2025    
ABŞ və Ukrayna nümayəndə heyətləri Ər-Riyadda Rusiya ilə atəşkəs barədə danışıqların yeni mərhələsinə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “RBC Ukraine” AFP-yə istinadən məlumat yayıb.

"Ər-Riyadda Ukrayna və ABŞ komandaları arasında Kiyev və Moskva arasında atəşkəs məsələsi ilə bağlı yeni görüş keçirilir, Ukrayna nümayəndə heyətindəki mənbə bildirib", - agentlik vurğulayıb.

“Bloomberg” isə öz növbəsində qeyd edib ki, tərəflər enerji obyektlərinə 30 gün ərzində zərbələrin dayandırılması imkanı və Qara dənizdə atəşkəsə nail olmaq barədə müzakirələr aparmaq niyyətindədirlər.

Qeyd edək ki, tərəflər martın 23-də Ər-Riyadda bu məsələ ilə bağlı danışıqlar aparıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ər-Riyad   ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin