ABŞ müdafiə naziri husilərə zərbələrlə ilə bağlı məlumatları təkzib etdi

2025/02/1739466308.jpg
Oxunub: 791     08:05     25 Mart 2025    
ABŞ müdafiə naziri Pit Heqset administrasiyada hər hansı birinin messencerdə Yəmən husilərinə zərbə endirmək planlarını müzakirə etdiyini təkzib edib.

Ordu.az-ın məlumatına görə, bu barədə "CNN" televiziya kanalı xəbər verib.

"Heç kim hərbi planlarla bağlı mesaj göndərməyib, bu barədə deyə biləcəyim tək şey budur", - deyə P.Heqset bildirib.

Daha əvvəl "The Atlantic" jurnalının baş redaktoru Cefri Qoldberq öz jurnalında bildirib ki, o, təsadüfən qapalı messencer söhbətinə girib və burada Heqset Yəməndə husilərin hədəflərinə zərbə endirmək planlarını ölkənin vitse-prezidenti Jey Di Vens, Milli Təhlükəsizlik Müşaviri Maykl Vals və Dövlət Katibi Marko Rubio ilə müzakirə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   MN  


Bizi "telegram"da izləyin