Tramp: Ər-Riyadda ABŞ-nin Ukrayna AES-i üzərində nəzarəti müzakirə olunub

2025/03/1741803779.jpg
Oxunub: 471     06:05     25 Mart 2025    
Ər-Riyaddakı (Səudiyyə Ərəbistanı - red) məsləhətləşmələr zamanı Ukraynanın atom elektrik stanisyasının (AES) ABŞ-nin nəzarətinə keçməsi məsələsi müzakirə olunur.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

"Biz elektrik stansiyalarına sahib olmaqdan danışırıq. Bəziləri deyir ki, ABŞ elektrik stansiyalarına sahib olmalıdır, lakin onlar, xüsusən böyük atom elektrik stansiyasına sahib olmağı müzakirə edirlər", - o, Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna   AES  


Bizi "telegram"da izləyin