ABŞ-nin köməyi olmasaydı, fransızlar indi almanca danışırdı - Ağ Ev

2025/03/1741716593.jpg
Oxunub: 753     22:06     17 Mart 2025    
"ABŞ-nin köməyi olmasaydı, fransızlar indi almanca danışırdı."

Ordu.az AFP-yə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

O Avropa Parlamentinin fransalı deputatının Azadlıq heykəlinin qaytarılması ilə bağlı çağırışını rədd edərək, bildirib ki, ikinci Dünya müharibəsində ABŞ-nin köməyin olmasaydı, Fransada hazırda alman dilində danışırdılar.

“Mənim, aşağı səviyyəli fransalı siyasətçiyə məsləhətim budur - xatırlasınlar ki, yalnız Amerika Birləşmiş Ştatları sayəsində fransızlar indi alman dilində danışmırlar. Buna görə də bizim böyük ölkəmizə çox minnətdar olmalıdırlar.”, – o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağ-Ev   ABŞ  


Bizi "telegram"da izləyin