Burkina-Fasoda terrorçuların meşədə saxladığı 300-dən çox insan azad edilib

2023/09/1695703225.jpg
Oxunub: 547     23:14     17 Mart 2025    
Burkina-Fasonun şimal-qərbindəki Bukl-dyu-Muhun bölgəsində terrorçular tərəfindən meşədə saxlanılan 300-dən çox insan hərbçilər tərəfindən azad edilib.

Ordu.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Burkina hökumətinin mətbuat katibi Jilber Udraoqo ölkənin milli yayımçısı RTB-yə bildirib.

"Bu məcburi köçkünlər son dərəcə ağır vəziyyətdə aşkar edilib. Onlar qadınlar, uşaqlar və yaşlılar daxil olmaqla 305 nəfərdir. Bu insanlar terrorçularun canlı qalxan kimi istifadə etdikləri qurbanlardır", - o qeyd edib.

Mətbuat katibinin sözlərinə görə, xilas edilənlərə artıq lazımi yardım göstərilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Burkina-Faso   Terrorçu  


Bizi "telegram"da izləyin