Avropa İttifaqı Suriyaya 2,5 milyard avro yardım etməyi öhdəsinə götürüb

2024/10/1727856642.jpg
Oxunub: 483     20:49     17 Mart 2025    
Avropa İttifaqının humanitar yardım və böhranların idarə edilməsi üzrə Komissiyası Suriyaya qarşı sanksiyaların mərhələli şəkildə yumşaldılmasına qərar verdiyini açıqlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Komissiya Suriyanın bərpasında iştirak etməyə hazır olduğunu bildirib.

Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen bu gün Brüsseldə keçirilən donorlar konfransında bildirib ki, suriyalılar ölkə xaricində olsalar və ya evlərinə qayıtsalar belə daha çox dəstəyə ehtiyac duyurlar.

"Buna görə də, bu gün Avropa İttifaqı Suriyada və bölgədə yaşayan suriyalılara dəstək öhdəliklərini 2025-ci və 2026-cı illər üçün təxminən 2,5 milyard avroya qaldırır", o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-İttifaqı  


Bizi "telegram"da izləyin