Hələb aeroportu sabahdan etibarən fəaliyyətini bərpa edir

2025/03/1742047131.jpg
Oxunub: 444     18:41     17 Mart 2025    
Hələb hava limanında təmir işləri başa çatdığından sabahdan etibarən uçuşlar bərpa olunacaq.

Ordu.az xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığına əsasən, son üç ayda hava limanında mövcud olan avadanlıq və zəruri sistemlərdəki çatışmazlıqların müəyyən edilərək aradan qaldırılması istiqamətində işlər aparılıb.

Hələb aeroportunun Suriyada hakimiyyət dəyişikliyi zamanı ciddi zərər gördüyü bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hələb   Aeroport  


Bizi "telegram"da izləyin