Ruanda Belçika ilə diplomatik əlaqələri kəsir

2025/03/1742212742.jpg
Oxunub: 458     15:44     17 Mart 2025    
Ruanda Belçika ilə diplomatik əlaqələri kəsir.

Ordu.az xəbər verir ki, bu barədə Ruanda Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ruanda Konqo Demokratik Respublikasındakı münaqişə ilə bağlı gərgin münasibətlər fonunda Belçika ilə diplomatik münasibətləri kəsdiyini və bütün diplomatlarını ölkədən çıxardığını bildirib.

"Ruandadakı bütün Belçika diplomatlarından 48 saat ərzində ölkəni tərk etmələri tələb olunur", - Nazirliyin açıqlamasında deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ruanda   Belçika  


Bizi "telegram"da izləyin