İranda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

2025/02/1738929741.jpg
Oxunub: 422     14:53     17 Mart 2025    
İranın şimalında yerləşən Mazandaran vilayətinin Noşəhr rayonunda yüngül mühərrikli təlim-əyləncə təyyarəsi qəzaya uğrayıb.

Ordu.az-ın məlumatına görə, bunu İranın Mazandaran vilayəti təcili yardım idarəsinin sözçüsü Zəkəriyya Əşkpur deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində təyyarə Çalus çayına düşüb.

Təyyarənin iki sərnişini xəsarət alıb və müalicə məqsədilə xəstəxanaya köçürülüblər.

Faktla bağlı araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Təyyarə   Qəza  


Bizi "telegram"da izləyin