Kallas: "Aİ ölkədəki hadisələrə baxmayaraq Suriyaya qarşı sanksiyaların ləğvini davam etdirəcək"

2025/02/1739593772.jpg
Oxunub: 458     13:36     17 Mart 2025    
Avropa İttifaqı (Aİ) Suriyadakı zorakılıqlara baxmayaraq, bu ölkəyə qarşı sanksiyaların ləğvini davam etdirəcək.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Brüsseldə jurnalistlərə bildirib.

"Bu çox mürəkkəb müzakirədir. Biz görmək istərdik və görürük ki, Suriya hakimiyyəti bu zorakılıqları törədən şəxsləri məsuliyyətə cəlb edir. Sanksiyaların ləğvini davam etdirəcəyik", - o bildirib.

Onun sözlərinə görə, sanksiyaların ləğvi əhaliyə əsas xidmətlərin göstərilməsinə kömək edir, o cümlədən bank sektoruna çıxışı təmin edir: "Bütün bunları müzakirə edəcəyik, lakin hazırda sanksiyaların ləğvi istiqamətində irəliləyirik".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kallas    


Bizi "telegram"da izləyin