Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
“Leonardo” ilə “Baykar” arasında bu yaxınlarda imzalanan ortaqlıq müqaviləsindən sonra Fransanın “Le Monde” qəzetinə müsahibə verən Cinqolani “Baykar”ın müdafiə sənayesindəki uğurlarından çox təsirləndiyini bildirib.
Bayraktardan da bəhs edən Cinqolani qeyd edib: “Biz mühəndisik, eyni dildə danışırıq. Mənim kimi cins şalvar, köynək və idman ayaqqabısı geyinir”.
Cinqolani yanvarın 23-də Özdemir Bayraktar Milli Texnologiya Mərkəzinə baş çəkdiyini və müəssisədən çox təsirləndiyini bildirib.
“Baykar” şəhərciyinin quruluşunu qiymətləndirən Cinqolani deyib: “Yaşayış yerləri, parkları, uşaq bağçaları, hovuzları, məktəbləri və xeyriyyə təşkilatları ilə “Baykar” şəhərciyi mənə məşhur italyan mühəndis Adriano Olivetti tərəfindən 1930-1960-cı illər arasında inşa edilmiş ideal İvrea şəhərini xatırlatdı”.
Sevinc Əliyeva
Ordu.az