ABŞ Silahlı Qüvvələri husilərin hökumət kompleksinə zərbələr endirib

2025/03/2025--1742192565.jpg
Oxunub: 2245     10:18     17 Mart 2025    
ABŞ Silahlı Qüvvələri Yəmənin şimal-qərbində yerləşən Əl-Cauf əyalətində "Ənsar Allah" (husilər) hərəkatının istifadəsində olan hökumət kompleksi binasına bir sıra zərbələr endirib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə üsyançıların Səhiyyə Nazirliyinin nümayəndəsi Anis əl-Əsbahi məlumat verib.

"ABŞ Silahlı Qüvvələri Əl-Cauf əyalətinin Əl-Həzm dairəsində hökumət kompleksi binasına dörd zərbə endirib", - əl-Əsbahi özünün "X" səhifəsində yazıb. O, atəş nəticəsində ölən və yaralananların olub-olmadığını açıqlamayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Silahlı-Qüvvələr   Husi  


Bizi "telegram"da izləyin