İsrail ordusu Livanda “Radvan” xüsusi təyinatlı qüvvələrinin qərargahına hücum edib

2025/03/1742188667.jpg
Oxunub: 1113     04:35     17 Mart 2025    
İsrailin Müdafiə Ordusu Livan ərazisinə yeni zərbələr endirib, radikal “Hizbullah” hərəkatının “Radvan” xüsusi təyinatlılarının qərargahını, eləcə də radikallara məxsus binaları hədəfə alıb.

Ordu.az xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Ordusu Livanın cənubunda “Hizbullah”ın istifadə etdiyi “Radvan” qüvvələrinin və qurğularının komanda və idarəetmə mərkəzinə zərbələr endirib”, - məlumatda bildirilir.

İsrail hərbçiləri qeyd edib ki, “bölgədə bu cür terror obyektlərinin olması iki ölkə arasında atəşkəslə bağlı razılaşmaların kobud şəkildə pozulmasıdır”.

“İsrail Ordusu Livanın cənubunda silahlı terrorçulara zərbələr endirməyə davam edəcək və İsrailə qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün hərəkətə keçəcək”, - ordunun mətbuat xidmətindən əlavə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan   Radvan  


Bizi "telegram"da izləyin