ABŞ-nin Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 53-ə çatıb

2025/03/1742188253.jpg
Oxunub: 403     01:41     17 Mart 2025    
ABŞ-nin Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 53-ə çatıb, azı 98 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Anis əl-Əsbahi məlumat verib.

“ABŞ-nin martın 15-də mülki şəxslərə endirdiyi zərbələr nəticəsində 53 nəfər ölüb, daha 98 nəfər yaralanıb”, - Anis əl-Əsbahi qeyd edib.

Husilərin təyin etdiyi səlahiyyətlilər, həlak olanların hamısının mülki vətəndaşlar olduğunu bildirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yəmən  


Bizi "telegram"da izləyin