"Həm Putin, həm də Tramp Ukraynada döyüşlərin dayandırılmasını dəstəkləyir" - Uitkoff

2025/03/1740892026.jpg
Oxunub: 585     19:28     16 Mart 2025    
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın Ukraynada hərbi əməliyyatların dayandırılmasını və münaqişənin həllini dəstəklədiklərini bildirib.

Ordu.az xəbər verir ki, Uitkoff CNN-ə verdiyi müsahibədə Prezident Putinin Prezident Trampın sülhə yönəlmiş fəlsəfəsini qəbul etdiyini qeyd edib.

O, hər iki liderin Ukraynadakı münaqişənin sona çatmasını istədiklərini vurğulayıb.

Hər iki liderin münaqişənin həlli üçün göstərdiyi səylər beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Sülh təşəbbüslərinin uğur qazanması, regionda sabitliyin bərpası üçün mühüm əhəmiyyət kəsb edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Uitkoff  


Bizi "telegram"da izləyin