"Crew Dragon" kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyasına uğurla birləşib

2025/03/67d42-1742111075.jpg
Oxunub: 725     11:38     16 Mart 2025    
"SpaceX" şirkətinin çoxistifadəli "Crew Dragon" kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyasına (BKS) uğurla birləşib.

Ordu.az-ın NASA-ya istinadən verdiyi məlumata görə, "Crew Dragon"un BKS-yə birləşməsi martın 16-na keçən gecə baş tutub.

Kosmik gəmi, şənbə günü BKS-yə doğru start götürərək birləşmək üçün cəmi 28 saata yaxın yol qət edib.

"Crew Dragon" gəmisi dördnəfərlik ekipajdan ibarətdir: "Roskosmos"un kosmonavtı Kirill Peskov, NASA astronavtı Ann Makleyn (komandir), Nikol Ayers və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) astronavtı Takuya Onişi.

Qeyd edək ki, "Crew Dragon" gəmisi və "Falcon 9" raketinin buraxılışı martın 12-də baş tutmalı idi, lakin starta bir saatdan az vaxt qalmış uçuş ləğv edilib. Bunun səbəbi raketin yerüstü dəstək sıxacının hidravlik sistemində yaranan problem olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Crew-Dragon   BKS  


Bizi "telegram"da izləyin