Pentaqon cənub sərhədlərinin təhlükəsizliyini gücləndirmək üçün "USS Gravely" esminesini göndərir

2025/03/1742110997.jpg
Oxunub: 600     11:21     16 Mart 2025    
"USS Gravely" esminesi ABŞ-nin Şimal Komandanlığının məsuliyyət zonasında ölkənin cənub sərhədini qorumaq missiyasını yerinə yetirmək üçün Yorktaun Dəniz Bazasından yola düşüb.

Ordu.az xəbər verir ki, bu barədə komandanlığın məlumatında deyilir.

"USS Gravely"nin yerləşdirilməsi prezidentin göstərişinə uyğun olaraq ABŞ-nin cənub sərhədinin təhlükəsizliyini gücləndirəcək. Gəmi bizim ölkənin ərazi bütövlüyünü, suverenliyini və təhlükəsizliyini qorumaq qabiliyyətimizi gücləndirəcək", – Şimal Komandanlığı generalı Qreqori Giyo qeyd edib.

Esminesin missiyasına qurumlararası əməkdaşlığa dəstək, terrorçuluq, silahların yayılması, transmilli cinayət və qanunsuz miqrasiya ilə mübarizə daxildir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   USS-Gravely  


Bizi "telegram"da izləyin