Rusiya XİN Lavrov-Rubio telefon danışığının təfərrüatlarını açıqlayıb - YENİLƏNİB

2025/02/1739646789.jpg
Oxunub: 6573     11:04     16 Mart 2025    
Martın 15-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Amerika tərəfi Qırmızı dəniz regionunda husi qüvvələrinə qarşı hərbi əməliyyata başlamaq qərarı barədə məlumat verib.

Amerika nümayəndəsinin təqdim etdiyi arqumentlərə cavab olaraq, Lavrov güc tətbiqinin dərhal dayandırılmasının vacibliyini və daha çox qan tökülməsini istisna edəcək həll yolu tapmaq məqsədi ilə bütün tərəflər üçün siyasi dialoqa getməyin vacibliyini vurğulayıb.

Fevralın 18-də Ər-Riyadda yüksək səviyyəli Rusiya və ABŞ rəsmilərinin görüşündə əldə olunan qarşılıqlı anlaşmaların həyata keçirilməsinin konkret aspektləri də müzakirə olunub.

Lavrov və Rubio təmasları davam etdirməyə razılaşıblar.

***

ABŞ dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrov telefon danışığı zamanı Rusiya-Amerika əlaqələrinin bərpası üçün gələcək addımları müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Diplomatlar Lavrov Səudiyyə Ərəbistanında keçirdikləri son görüşlərdən sonra növbəti addımları müzakirə edib və iki ölkə arasında əlaqələrin bərpası üçün işi davam etdirmək barədə razılığa gəliblər.

Dövlət katibi Rusiyaya ABŞ-nin İranın dəstəklədiyi husilərin qarşısının alınması üçün həyata keçirilən hərbi əməliyyatları barədə məlumat verib, Qırmızı dənizdə husilərin ABŞ-nin hərbi və ticarət gəmilərinə davamlı hücumlarının qəbuledilməz olduğunu vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   Lavrov  


Bizi "telegram"da izləyin