Numan Kurtulmuş: "Türkiyə ən qısa zamanda terrordan xilas olacaq"

2024/10/1729746378.jpg
Oxunub: 495     23:34     15 Mart 2025    
“Türkiyə ən qısa zamanda terrordan xilas olacaq”.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş ənənəvi iftar proqramında çıxışında deyib.

O bildirib ki, Türkiyə bunun üçün çalışır: “Ümid edirəm ki, terrorsuz Türkiyə görmək nəsib olacaq”.

Qeyd edək ki, daha əvvəl PKK terror təşkilatının lideri Abdullah Öcalan həbsxanadan tərəfdarlarına müraciət edib. O, tərəfdarlarını silahı yerə qoymağa, sivil yolla qurultay keçirərək siyasi mübarizəyə qoşulmağa çağırıb. Bunun ardınca terror təşkilatının bəzi qolları silahı yerə qoymağa hazır olduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kurtulmuş   Türkiyə  


Bizi "telegram"da izləyin