Qrossi: "İranın nüvə proqramı ilə bağlı vəziyyət nisbətən sakitdir"

2024/11/1731397904.jpg
Oxunub: 514     17:21     15 Mart 2025    
İranın nüvə proqramı ilə bağlı vəziyyət nisbətən sakitdir.

Ordu.az xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bildirib.

"İranla bağlı vəziyyət AEBA-nın gündəmindədir. Ölkə malik olduğu iddialı və geniş nüvə proqramı çərçivəsində uranı demək olar ki, hərbi istifadə üçün yararlı səviyyəyə qədər zənginləşdirir. Xüsusilə Yaxın Şərqdə qeyri-sabitliyin hökm sürdüyü dövrdə AEBA-nın danışıqlardakı rolu qəti surətdə vacibdir", - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qrossi   İran  


Bizi "telegram"da izləyin