Ordu.az xəbər verir ki, bu barədə “Defence Blog” məlumat yayıb.
Bununla da Çin bu gəmilərin Tayvana mümkün müdaxilədə istifadə oluna biləcəyi ilə bağlı fərziyyələri gücləndirib.
Bu xüsusi gəmilərdən bir neçəsi (ehtimal ki, üç-beş, bəlkə də daha çox) Çinin cənubundakı Quançjou gəmiqayırma zavodunda aşkar edilib.
Bu gəmilərin arxa hissəsində yanalma və boşaltma əməliyyatlarını asanlaşdıran açıq platforma var.
Bəzi barjaların dəniz dibinə endirilə bilən sabitləşdirici ayaqları da var, bu hətta əlverişsiz hava şəraitində belə platformanın dayanıqlığını təmin edir.
Sevinc Əliyeva
Ordu.az