Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Türkiyənin müdafiə sənayesində atdığı addımlar Yunanıstanın silahlanma siyasətlərində də özünü göstərir.
Hazırda 6 ədəd “Reis” sinfinə məxsus sualtı qayıq (1-i inventarda) istehsal edən və “Akya” Ağır Torpedosu ilə Kapsullu “Atmaca” Gəmi Əleyhinə Raketi kimi sursatlar inkişaf etdirən Türkiyə sualtı döyüş qabiliyyətini artırır.
Yunanıstan isə Türkiyənin artan imkanlarını hazır alışlarla balanslaşdırmağa çalışır.
Mitsotakisin martın 27-də Yunanıstan parlamentində açıqlayacağı proqramlar arasında yeni sualtı qayıqların alınması və onların modernləşdirilməsi də var.
Bundan əlavə, yayın əvvəlində döyüş torpedolarının ilk partiyasının “Salamis” hərbi dəniz bazasına çatdırılması planlaşdırılır.
Yunanıstan Hərbi Dəniz Qüvvələri sualtı qayıq parkını gücləndirmək üçün təlim fəaliyyətlərini davam etdirir.
Bu çərçivədə 2 ədəd “SeaHake Mod4” təlim torpedosu “Salamis” hərbi dəniz bazasına gəlib. Torpedolar təlim və sertifikatlaşdırma məqsədləri üçün istifadə olunacaq.
Torpedolar fiber optik kabellərdən istifadə etməklə, dəqiq idarə oluna və izlənilə bilər. İlk təlim atışlarının may ayında həyata keçirilməsi planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az