“Rheinmetall” bu il satışların 25-30 faiz artacağını gözlədiyini bildirib

2025/03/1742036724.jpg
Oxunub: 594     20:04     16 Mart 2025    
Ukrayna və Rusiya arasında davam edən müharibə və ABŞ-dəki siyasi dəyişikliklər Avropadakı hökumətləri müdafiə xərclərini daha da artırmağa sövq edərkən, Almaniyanın silah istehsalçısı “Rheinmetall” bu il satışlarının 25-30 faiz artacağını gözlədiyini bildirib.

Ordu.az xəbər verir ki, “Rheinmetall” ötən il üçün maliyyə nəticələrini və bu il üçün gözləntilərini açıqlayıb.

Buna əsasən, alman silah istehsalçısının konsolidasiya edilmiş satışları ötən il 36 faiz artaraq, 9 milyard 751 milyon avroya çatıb.

Şirkət əməliyyat mənfəətini 61 faiz artıraraq, 1 milyard 478 milyon avroya, səhmdarlara divident ödəməsini isə hər səhm üçün 5,70 avrodan 8,10 avroya yüksəldib.

Bu il üçün gözləntilərini bölüşən şirkət satışlarının bu il 25-30 fiz arasında artacağını gözlədiyini vurğulayıb. Bildirilib ki, “Rheinmetall”ın sifarişləri ötən il 44 faiz artaraq, rekord səviyyəyə - 55 milyard avroya çatıb.

Şirkətin satışlarının 80 faizi müdafiə sektorunun payına düşdüyü halda, avtomobil istehsalçıları üçün məhsul satışı azalıb.

Ukrayna-Rusiya müharibəsi ilə bağlı son hadisələr nəzərə alınmaqla, “Rheinmetall”ın maliyyə gözləntilərinin yenilənəcəyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rheinmetall   Satış  


Bizi "telegram"da izləyin