Aİ Komissiyası 2025-ci ilin iyununda hərtərəfli müdafiə paketini təqdim edəcək

2025/03/1742036609.jpg
Oxunub: 526     18:02     15 Mart 2025    
Avropa İttifaqı (Aİ) Komissiyası 2025-ci ilin iyununda hərtərəfli müdafiə paketini təqdim edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

“Sənaye müdafiə istehsalının artırılması üçün sadələşdirmə zəruridir” ifadələrinin yer aldığı layihədə bildirilir ki, parçalanmış bazar strukturunun uyğunlaşdırılması əlavə inzibati yük və xərcləri aradan qaldıracaq.

“Euronews” tərəfindən əldə edilən “Avropa Müdafiəsinin Gələcəyi üçün Yol Xəritəsi” layihəsinə əsasən, Aİ Komissiyası 2025-ci ilin iyun ayına qədər hərtərəfli müdafiə paketini təqdim edəcək.

Komissiya yeni tənzimləmənin vahid bazar daxilində parçalanmanın azaldılmasını, müdafiə məhsulları və xidmətləri üçün daha ahəngdar mühitin təmin edilməsini və istehsalın artırılmasını gözləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Müdafiə  


Bizi "telegram"da izləyin