Ordu.az xəbər verir ki, bu barədə “Kyiv Independent” məlumat yayıb.
Bu xəbər martın 11-də Səudiyyə Ərəbistanında ukraynalı nümayəndələrlə danışıqlardan sonra ABŞ-nin Kiyevə hərbi yardım axınını bərpa etdiyi vaxt yayılıb. Vaşinqton martın əvvəlində silah tədarükünü dayandırıb.
ABŞ rəsmisi və ukraynalı deputat AP-yə Ukraynada ATACMS raketlərinin qalmadığını təsdiqləyib. Rəsmilər silahların vəziyyəti ilə bağlı təfərrüatları açıqlamamaq üçün anonimlik şərti ilə danışıblar.
ATACMS 300 kilometrə (təxminən 186 mil) qədər uça bilən, ABŞ tərəfindən təchiz edilmiş ballistik raketlərdir. ABŞ-nin keçmiş prezidenti Co Bayden 2024-cü ilin noyabrında Ukraynanın ATACMS-dən istifadəsinə qoyulan məhdudiyyətləri yüngülləşdirərək, Kiyevə onları Rusiyadakı hərbi hədəflərə qarşı tətbiq etməyə icazə verib.
Sevinc Əliyeva
Ordu.az