Türkiyə Silahlı Qüvvələri yerli və milli müdafiə gücünü artırır

2025/03/1742030562.jpg
Oxunub: 608     19:07     16 Mart 2025    
Türkiyə Silahlı Qüvvələrinin müdafiə qabiliyyəti yerli müdafiə sənayesi məhsullarının inventara daxil olması ilə artır.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Qazi Mustafa Kamal Atatürkün Hərbi Akademiyaya daxil olmasının 126-cı ildönümü münasibəti ilə Hərbi Akademiyadakı “Atatürk ve Harbiyeli Anıtı” önündə Türkiyə Milli Müdafiə Nazirliyinin həftəlik mətbuat brifinqi keçirilib.

Toplantıda Cümhuriyyətin qurucusu Qazi Mustafa Kamal Atatürk və döyüş yoldaşları, vətən uğrunda canlarını fəda edən şəhidlər və dünyasını dəyişən qazilər rəhmətlə yad edilib.

Bundan əlavə, Müstəqillik Marşının qəbulunun 104-cü ildönümü, 18 Mart Şəhidlər Günü və Çanaqqala Dəniz Zəfərinin 110-cu ildönümü münasibətilə mənalı mesajlar verilib.

Toplantıda verilən açıqlamaya görə, Türkiyə Silahlı Qüvvələrinin müdafiə qabiliyyəti yerli və milli sistemlərlə gücləndirilməyə davam edir.

Bu çərçivədə Türkiyə Quru Qoşunları Komandanlığı inventarına daxil ediləcək müxtəlif miqdarlarda “Boyga” kvadrokopter tipli pilotsuz uçuş aparatının yoxlama və qəbul fəaliyyətləri tamamlanıb.

Digər tərəfdən, martın 12-də ROKETSAN tərəfindən hazırlanmış Kapsullu “Atmaca” idarə olunan raketi ilk dəfə “TCG Preveze” sualtı qayığından müvəffəqiyyətlə atılıb.

Mersin sahillərində həyata keçirilən sınaq atışları müasir müdafiə sistemləri ilə Türkiyənin dəniz gücünün daha da irəliyə getdiyini göstərib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Silahlı-Qüvvələr  


Bizi "telegram"da izləyin